Noy 13, 2018 10:39 Asia/Baku
  • Zərif: Amerikanın sanksiyaları Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur
    Zərif: Amerikanın sanksiyaları Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın İrana qarşı sanksiyalarının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu vurğulayıb.

Məhəmməd Cavad Zərif twitter-də Amerika Birləşmiş Ştatlarının İrana qarşı yenidən tətbiq etdiyi bütün sanksiyaların Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu söyləyərək, bildirib ki, adi əhalinin ac saxlanılması qərarı bəşəriyyətə qarşı cinayətdir.

İran İslam Respublikasının xarici işlər naziri Beynəlxalq Ədalət Məhkəməsinin bu yaxınlarda ABŞ dövlət katibi Mayk Pompeonun İrana qarşı sanksiyalarla bağlı humanitar istisnalar haqqındakı iddialarını rədd etdiyini, Qərb medialarının reallığa əsaslanan rəvayətlərinin və onlara əlavə olunmuş sənədlərin kimin yalan olduğunu göstərdiyini bildirib.

Zərif bu twitt-ə Qərb medialarının bəzi reportajlarının və Haaqa məhkəməsi ilə əlaqədar sənədlərin təsvirlərini əlavə edib.

Bundan öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo bir twitt-də iddia etmişdi ki, "Nyus-Uik" xəbər kanalı və Zərif onun BBC ilə müsahibəsindəki sözlərini təhrif ediblər.

Zərif bir saat sonra Pompeonun bu mesajına cavab verərək, ABŞ Dövlət Departamentinin internet saytında yerləşdirilmiş Pompeonun çıxışının mətninin təsvirini öz mesajına əlavə edib.

 

Teqlər