Noy 17, 2018 15:10 Asia/Baku
  • İran və İraq prezidentləri iqtisadi əlaqələrin genişlənməsinə təkid ediblər
    İran və İraq prezidentləri iqtisadi əlaqələrin genişlənməsinə təkid ediblər

İran İslam Respublikası prezidenti deyib: İran ilə İraq arasında iqtisadə mübadilələrin dəyərinin 20 milyard dollara çatdırılması mümkündür.

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda İraq prezidenti Bərhəm Saleh ilə müştərək mətbuat konfransında iki ölkənin yüksək səviyyəli heyətlərinin iclasına toxunaraq deyib: İclasda qarşılıqlı əlaqələr araşdırılıb, iki tərəf siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı prosesinin davam etdirilməsini vurğulayıb və əlaqələrin inkişafı üçün çoxlu potensialların mövcud olduğunu və onlardan istifadə edilməli olduğunu da diqqətə çatdırıblar. 

İİR prezidenti deyib: İranın cənubunda Şələmçə dəmiryolunun İraqın cənubunda Bəsrəyə qovuşdurulması üçün ilkin tədbirlər görülüb və 25 km uzunluğunda dəmir yolunun təkmilləşdirilməsi ilə iki ölkə arasında ticarət malları və sərnişin daşınması xüsusiylə ərbəin günlərində daha da asanlaşacaqdır .

Ruhani həmçinin Ərvəndrud çayının çöküntülərinin təmizlənilməsini və bölgədə ətraf mühit məsələlərinin böyük əhəmiyyətini vurğulayıb və deyib: Bu gün İran və İraqda sərhəd bölgələrində əhali havada xırda cisimlər problemi ilə üz-üzədirlər və bu problem iki ölkənin birgə əməkdaşlığı ilə həll oluna bilər. 

İİR prezidenti deyib: İraqın təhlükəsizliyi və inkişafı İranın təhlükəsizliyi və inkişafıdır və iki ölkə arasındakı yaxın əlaqələr gün-gündən dərinləşməli, müştərək iqtisadi və siyasi əməkdaşlıqlar daha da möhkəmləndirilməlidir. 

Mətbuat konfransında çıxış edən İraqın prezidenti Bərhəm Saleh də deyib: Region yeni balansa ehtiyaclıdır ki, xalqların mənafeləri təmin olunsun. Bu sahədə isə İran İslam Respublikası önəmli rola malikdir və İraqda önəmli rol oynamalıdır.

Bərhəm Saleh deyib: İraq iki ölkə arasındakı əlaqələr və bağlılıqlara böyük əhəmiyyət verir və əlaqələrin inkişaf etməsinə ümid edir. 

İraq prezidenti bu gün İİR-nin yüksək səviyyəli rəsmiləri ilə görüş məqsədi ilə yüksək səviyyəli bir heyətə başçılıq edərək Tehrana gəlib.  

Teqlər