Noy 27, 2018 14:16 Asia/Baku
  • İran ilə AB arasındakı siyasi dialoqların dördüncü turu keçirilib
    İran ilə AB arasındakı siyasi dialoqların dördüncü turu keçirilib

Brüsseldə İran İslam Respublikası ilə Avropa Birliyi arasındakı siyasi dialoqların dördüncü turu keçirilib.

İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı və Avropa Birliyinin xarici hərəkət xidmətinin baş katibi xanım Helqa Şmidtin birgə sədrliyi ilə İki növbədə- axşam və gecə keçirilən İran İslam Respublikası ilə Avropa Birliyi arasındakı siyasi dialoqların dördüncü turunda tərəflər ötən il qeyd olunan sahələrin hər birində göstərilmiş fəaliyyətləri araşdıraraq, gələcək proqramların irəlilədilməsi tərzi barədə razılığa gəliblər.

İraqçı iclasın açılış hissəsində nüvə anlaşmasının beynəlxalq və regional sülh və təhlükəsizlik üçün olan strateji önəminə təkid edib, MAQATE-nin on üçüncü hesabatında İran İslam Respublikasının nüvə anlaşmasındakı öhdəliklərinə olan tam sədaqətinin təsdiq edildiyini xatırladaraq, Amerikanın anlaşmadan qanunsuz şəkildə çıxdığı bir şəraitdə Avropa Birliyi və Avropa ölkələri xüsusiyyət təşkil etməklə anlaşmanın digər üzvlərinin öhdəliklərinin qarşılıqlı, davamedəsi və faydalı icrasının sürətləndirilməsini vurğulayıb.

 

 

Teqlər