BQXK-nin sədri Zəriflə görüşüb
Noy 28, 2018 12:09 Asia/Baku
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Cenevrədə İranın xarici işlər naziri ilə görüşüb.
İİR Xarici İşlər Nazirliyinin mediya diplomatiyası baş idarəsinin verdiyi məlumata görə İİR XİN rəhbəri Məhəmməd Cavad Zərifin dünən BQXK-nin rəhbəri Peter Maurer ilə görüşündə tərəflər Yəmən, Suriya və Əfqanıstanda qarşılıqlı əməkdaşlıqları müzakirə ediblər.
Zərif və Maurer həmçinin Amerikanın ərzaq və dərman sanksiyaları və beynəlxalq qurumların fəallaşmasının vacibliyi barədə də fikir mübadiləsi aparıblar.
Zərif Əfqanıstan mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cenevrədədir.
Konfrans 60 ölkənin nümyəndələrinin iştirakı ilə BMT tərəfindən keçirilir və bu gün öz işinə yekun vuracaq.