Dek 02, 2018 17:47 Asia/Baku
  • İranın müdafiə naziri: İranın müdafiə qüdrəti sülh mesajıdır
    İranın müdafiə naziri: İranın müdafiə qüdrəti sülh mesajıdır

İranın müdafiə naziri deyib ki, İranın müdafiə qüdrəti asayiş və təhlükəsizliyin qorunması istiqamətində olaraq, sülh və dostluq mesajına malikdir.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün IRNA ilə müsahibədə əlavə edib: İran müdafiə məhsulları baxımından olduqca qənaətbəxş fəaliyyətə malik olub və müdafiə nazirliyi də 40 illik sərt sanksiyalara rəğmən, müdafiə sənayesində iqtisadi müstəqilliyə çatıbdır.

İranın müdafiə naziri vurğulayıb: Bu gün İran pilotsuz uçan aparatlar, raket, lokator və zirehli silahların düzəldilməsində üstün qüdrətlərdən biridir və iranlı pilotsuzlar ən kiçik xəta etmədən müxtəlif nöqtələrdə və uzun məsafələrdə uçur və yüksək diqqətlə öz hədəflərini məhv edirlər.

İranın müdafiə naziri gənc daxili mütəxəssislər tərəfindən dördüncü nəsildən olan "Kousər" qırıcısının düzəldilməsinə toxunub və deyib: "Kousər" qırıcısının istehsal xəttinin işə salınması göstərdi ki, iranlı gənclər bu cür modern silahlar düzəltmək qüdrətinə malikdirlər.

Bu yüksək rütbəli iranlı hərbçi söyləyib: Müdafiə nazirliyinin strategiyası digər ölkələrdən asılı olmadan və daxili imkanlardan istifadə ilə silahlı qüvvələrin istifadə etdikləri müdafiə təchizatlarının modernləşdirilməsi olubdur ki, bu da tam şəkildə icra olunubdur.

Teqlər