Dek 03, 2018 10:37 Asia/Baku
  • İranın xarici işlər naziri ABŞ dövlət katibinin açıqlamasına reaksiya verib
    İranın xarici işlər naziri ABŞ dövlət katibinin açıqlamasına reaksiya verib

İran İslam Respublikasının xarici işlər naziri ABŞ dövlət katibinin İranı BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğuna dair iddiasına reaksiya verib.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif deyib: ABŞ İranı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmaqda ittiham edir. Halbuki, ABŞ-ın özü bu qətnaməni pozaraq, başqalarını da bu qətnaməyə əməl edəcəkləri təqdirdə onları cəzalandıracağı ilə təhdid edir. 

İranın xarici işlər naziri ABŞ-ın Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı riyakarlıq etdiyini bildirib və deyib:  Fantaziya ABŞ-ın xarici siyasətində artıq adi bir məsələyə çevrilib.

ABŞ dövlət katibi Mayk Pompeo İranın raket sınaqlarının BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edib. 

Mayk Popmeonun bu iddiasının ardınca İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib: BMT-nin Təhlükəsizlik Şurasının hansısa qətnaməsi İranın raket proqramını və ya raket sınaqlarını qadağan etməyib. 

Qasımi əlavə edib: İranın raket proqramı müdafiə xarakterlidir və ölkənin ehtiyaclarına uyğun şəkildə həyata keçirilir. 

Teqlər