Zərif: İranın müdafiə qüdrəti müzakirə ediləsi deyil
İranın xarici işlər naziri bildirib ki, İran İslam Respublikası daim öz raket qabiliyyətlərinə təkid edir. O, deyib ki, İranın müdafiə qüdrəti müzakirə ediləsi deyil.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün müxbirlər qarşısında əlavə edib: İranın müdafiə qüdrəti barədə fikir bildirən ölkələr Qərbi Asiya bölgəsinə milyardlarla dollar silah buraxan və bu bölgədə əmin-amansızlığa bais olan ölkələrdirlər.
Zərif bildirib ki, İranın müdafiə siyasəti önləyici siyasətdir. O, deyib: Heç bir ölkə İran kimi müstəqil və böyük bir ölkədən öz müdafiə vasitəsinə malik olmamağı istəyə bilməz.
İranın xarici işlər naziri həmçinin Amerikanın İranın raket mövzusu barədəki son hərəkətlərinə toxunaraq, deyib: Amerikalılar dəfələrlə etiraf ediblər ki, nüvə anlaşması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İranın raket fəaliyyətini qadağan etmir.
Zərif Avropa Birliyinin nüvə anlaşması barədəki son qərarı haqda belə deyib: Yekun razılaşmalar əldə olunub və yaxın gələcəkdə İran və Avropanın maliyyə mübadilələri -SPV qeydə alınacaqdır.
İranın xarici işlər naziri sonra belə qeyd edib: Avropalılar nəticəyə çatmaq üçün bu etapı məxfi halda izləmək istəyirlər, zira amerikalılar hər bir dəyişiklikdən xəbərdar olan kimi təzyiqlə ona mane olmağa çalışacaqlar.