General-polkovnik Cəfəri: Düşmənlər İranı məğlub etmək arzusunu gora aparacaqlar
https://azeri.sahartv.ir/news/İran-i329935-general_polkovnik_cəfəri_düşmənlər_İranı_məğlub_etmək_arzusunu_gora_aparacaqlar
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı deyib: Düşmənlər İran İslam Respublikasının məğlub olması arzusunu gora aparacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2018 13:29 Asia/Baku
  • General-polkovnik Cəfəri: Düşmənlər İranı məğlub etmək arzusunu gora aparacaqlar
    General-polkovnik Cəfəri: Düşmənlər İranı məğlub etmək arzusunu gora aparacaqlar

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı deyib: Düşmənlər İran İslam Respublikasının məğlub olması arzusunu gora aparacaqlar.

General-polkovnik Məhəmməd Əli Cəfəri çərşənbə axşamı Cənubi Xorasan vilayətinin mərkəzi olan Bircənd şəhərində keçirilən 2000 şəhid konqresində etdiyi çıxışında düşmənin ölkədə gərginlik yaratmaq cəhdinə işarə edib və deyib: "Düşmənlər xalqı yormağa və İslam Respublikasını təslim olmağa məcbur etməyə çalışırlar. Amma, onlar buna nail ola bilməyəcəklər. 

Sepah-ın komandanı həmçinin deyib: Dünya imperializmi və zorakı qüdrətlər qarşısında müqavimət və mübarizə artıq region və dünyada yayılıb. 

General-polkovnik Cəfəri İslam Quruluşunun ən böyük nailiyyətini İslam Respublikası və İslam İnqilabınn davam etməsi adlandırıb və deyib: Şəhidlərin qanı İslam quruluşunun qalıcı olmasını və region və dünyada müqavimət yolunun güclənməsini təmin edir. 

General-polkovnik Cəfəri düşmənin İran İslam Respublikasının inkişafı və uğurlarını etiraf etdiyini deyərək, onların İran İslam Respublikasına qarşı mübarizə və təhdiddən naümid olduqlarını bildirib və əlavə edib: İslam İnqilabının formalaşdığı zamandan ABŞ və İslam Respublikası ilə müxalif olan digər düşmənlər daim uğursuzluğa düçar olublar.