İranın Kəşfiyyat Nazirliyi Netanyahunun sayıqlamalarına reaksiya verib
İranın Kəşfiyyat Nazirliyinin casusluğa qarşı bölməsinin müdiri sionist rejimin baş nazirinin sayıqlamaya bənzər bəyanatına reaksiyada deyib: Benyamin Netanyahu ən güclü daxili və xarici təzyiqlər altındadır.
İranın Kəşfiyyat Nazirliyinin rəsmisi dünən İSNA-ya verdiyi müsahibəsində sionist rejimin baş nazirinin bu rejimin agentlərinin İranın nüvə proqramlarına nəzarət üçün mərhələli şəkildə İrana gəl-getdə olduqları barədə sayıqlamasına münasibət bildirərək deyib: Netanyahun bu kimi nağıllar düzəltməyə haqlıdır, ona görə ki, o sionist nazirin İran İslam Respublikasına casusluq etməsinin ifşa olunduğuna görə, daxili və xarici təzyiqlərə məruz qalıb.
İranlı təhlükəsizlik rəsmisi deyib: Netanyahu son vaxtlar sionist rejimin daxili təhlükəsizlik agentliyinə (ŞABAK) bütün siyasi, təhlükəsizlik rəsmiləri və Knesset üzvlərini İranın təhlükəsizlik agentlikləri ilə əlaqədə olmaq baxımından araşdırmaq göstərişi verib və bu da artıq izah etməyə ehtiyaclı olmayan həqiqətdən xəbər verir.
ŞABAK cari il iyunda bildirdi ki, keçmiş sionist nazir Qonen Segev İranla qeyri-qanuni təmaslar yaratmaq və İrana casusluq etmək və sionist rejimin hərbi və qeyri-hərbi infrasturukturları barədə gizli məlumatları ötürmək ittihamı ilə həbs edilib.
Qərbin kəşfiyyat agentlikləri və sionist rejimin casusluq təşkilatı bu mövzunun İranın yüksək təhlükəsizlik və kəşfiyyat gücünu təsdiqlədiyini bildiriblər.