İraqçı: Maliyyə rabitəsi kanalının qeydə alınması Avropanın İran qarşısındakı öhdəliklərinin birinci addımıdır
İran xarici işlər nazirinin siyasi müavini deyib: Maliyyə rabitəsi kanalının qeydə alınması Avropanın İran qarşısındakı öhdəliklərinin birinci addımıdır və ümid edirik ki, tam şəkildə yaradılacaqdır.
İran xarici işlər nazirinin siyasi müavini Seyyed Abbas İraqçı bu gün Bolqarıstanın paytaxtı Sofiyadan IRIB müxbiri ilə telefon danışığında əlavə edib: Bu maliyyə mexanizmində İranın ixracat və idxalatıi iki tərəfin mübadilələri vasitəsilə həyata keçiriləcəkdir. İraqçı deyib: Qərar üzrə, riyal mübadilələrini həyata keçirə bilməkdən ötrü iranlı tərəflər üçün də İranda oxşar bir mexanizm yaradılmalıdır.
İran xarici işlər nazirinin siyasi müavini vurğulayıb: Bu maliyyə mexanizmi o zaman İran üçün tam şəkildə mənfəətli olacaqdır ki, qeyri-Avropa ölkələri və ya şirkətləri üçün də əlçatılası olmuş olsun.
Avropalıların maliyyə kanalı banklara belə bir imkanı verəcək ki, Amerikanın sanksiyalarına rəğmən, İranla həmkarlıq edə bilsinlər.
Bu maliyyə mexanizmi ilk etapda qida maddələri, dərman preparatları və tibb ləvazimatlarını əhatə edəcək və onun fəaliyyət dairəsi genişlənə bilər.
ABŞ prezidenti Donald Trampın ötən il mayın 8-də nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasından və nüvə sanksiyalarının geri dönməsindən sonra İran və Avropa nüvə anlaşmasını qorumaq məqsədilə danışıqlara başladılar. Avropa öhdəlik götürmüşdü ki, ABŞ-ın İrana qarşı sanksiyaları ilə mübarizə üçün nüvə anlaşması çərçivəsində bir himayə paketi təqdim edəcək.