İranın 112 yeni nüvə nailiyyətinin təqdimatı; tezliklə
https://azeri.sahartv.ir/news/İran-i337004-İranın_112_yeni_nüvə_nailiyyətinin_təqdimatı_tezliklə
İranın Atom Enerjisi Təşkilatının sözçüsü: 9 aprel 2019-cu il tarixində İranın müxtəlif sahələri əhatə edən 112 yeni nüvə nailiyyətinin təqdimatı olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2019 09:11 Asia/Baku
  • İranın 112 yeni nüvə nailiyyətinin təqdimatı; tezliklə
    İranın 112 yeni nüvə nailiyyətinin təqdimatı; tezliklə

İranın Atom Enerjisi Təşkilatının sözçüsü: 9 aprel 2019-cu il tarixində İranın müxtəlif sahələri əhatə edən 112 yeni nüvə nailiyyətinin təqdimatı olacaq.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bu barədə bildirdi: İranın yeni nüvə nailiyyətləri uran mədənlərinin kəşf olunması, istismarı, uranın saflaşdırılması, nüvə yanacağının istehsalı, atom elektrik stansiyalarının quraşdırılması, lazer texnologiyası habelə, nüvə elmi və texnologiyasına şamil olan  müxtəlif sahələri əhatə edir. 

Kəmalvəndi həmçinin dedi: İranın hazırkı şəraitində yeni nüvə nailiyyətlərinin açıqlanması İran xalqının sanksiyalara rəğmən inkişaf yolunda addımladığına dair müraciətə malikdir. 

İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin dedi: ABŞ savaş meydanındakı uğursuzluqlarının ardınca, indi də iqtisadi savaşa üz tutub və var gücü ilə bütün iqtisadi vasitələrdən istifadə edərək, İrana təzyiq göstərməyə çalışır. 

9 aprel İranda "Milli Nüvə Texnologiyası Günü"dür.