Mart 29, 2019 16:27 Asia/Baku
  • Ruhani: İran dövləti seldən zərər çəkənlərin xəsarətlərini təmin etməyə borcludur
    Ruhani: İran dövləti seldən zərər çəkənlərin xəsarətlərini təmin etməyə borcludur

İran İslam Respublikası prezidenti Xuzistan vilayətini cihad və şəhidlərin müqəddəs diyarı adlandırıb və belə deyib: Əhalinin sağlamlığının qorunması böhranın idarə olunmasında ən mühüm prinsipdir və İran dövləti seldən zərər çəkənlərin xəsarətlərini təmin etməyə borcludur.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Xuzistan vilayətinin böhranın idarəsi üzrə koordinasiya şurasının iclasında bildirib ki, bu vilayətin əhalisi daim məsul şəxslərlə həmkarlıq etməklə sel daxil olmaqla problemləri arxada qoyub.

O, əlavə edib: Xuzistanda təqribən 300 min hektarlıq əkin sahəsinin bərpası dövlətin bu məntəqə əhalisinə bir hədiyyəsidir və cari ildə bu vilayətdə milyardlarla dollarlıq layihə istifadəyə veriləcəkdir.

"İndiyədək heç bir ölkə selin baş verməsinin və ya ondan irəli gələn xəsarətlərin qarşısını ala bilməyib"-deyən Ruhani əlavə edib: Ötən illərdə Yaponiya, Amerika və Avropada sel hadisələrinin baş verməsi də yüzlərlə ölü və milyardlarla dollar xəsarət gətirdi.

İranın icra hakimiyyətinin başçısı daha sonra İranın beynəlxalq təşkilatlarda Amerika üzərindəki qələbələrinə toxunaraq, deyib: Amerika tərəfindən İranın maliyyələrindən bir milyard 700 milyon dolların dondurulması hökmünün ləğvi İran xalqının son günlərdəki böyük qələbələrindən olubdur.

 

Teqlər