Qasımi: ABŞ İranda seldən zərərçəkənlərə yardım yollarını bağlayıb
-
Qasımi: ABŞ İranda seldən zərərçəkənlərə yardım yollarını bağlayıb
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ İranın Qırmızı Aypara Cəmiyyətinin bank hesablarını bağlamaqla praktiki olaraq digər ölkələrin İranda seldən zərərçəkənlərə yardım imkanlarını məhdudlaşdırıb.
İRNA-nın məlumatına görə, İranın XİN sözçüsü Bəhram Qasımi çərşənbə axşamı dedi: İranın Qırmızı Aypara Cəmiyyətinin bank hesablarının dondurulmasına görə, xarici ölkələrdə yaşayan İran vətəndaşları İranda seldən zərərçəkənlərə yardım edə bilmirlər.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin dedi: ABŞ-ın nüvə anlaşmasından çıxmasının ildönümü ərəfəsində belə bir addım atması bu ölkə başçılarının İran xalqına qarşı düşmən mövqeyə malik olmalarından xəbər verir. Baxmayaraq ki, sözdə gülünc və yalan şüarlar səsləndirərək, sanksiyaların İran xalqına qarşı yönəlmədiyini və İran xalqının xeyrinə olduğunu iddia edirlər.
Qasımi həmçinin dedi: Adətən, ən ağır və fövqəladə hallarda belə, bütün bank sistemləri bağlanılmır və Qırmızı Aypara və ya Qırmızı Xaç kimi humanitar təşkilatlar vasitəsilə humanitar yardımların göndərilməsinə imkan verilir. Amma, ABŞ anti-humanist və bəşəriyyət əleyhinə yönəlmiş bir hərəkətdə İranda seldən zərərçəkmiş əhaliyə bütün yardım yollarını bağlayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra dedi: Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu amansız və dəhşətli addıma qarşı çıxmalıdırlar.
Qasımi dedi: ABŞ İranda seldən zərərçəkənlərə yardım edilməsinə mane olduğu üçün məsuliyyət daşıyır.