Apr 25, 2019 12:01 Asia/Baku
  • Təbəs səhrasında Amerikanın İrana qarşı hərbi hücumunun uğursuz qalmasının ildönümü günü
    Təbəs səhrasında Amerikanın İrana qarşı hərbi hücumunun uğursuz qalmasının ildönümü günü

Bu gün, 2019-cu il aprelin 25-i, İranın şərqində yerləşən Təbəs səhrasında Amerikanın İrana qarşı hərbi hücumunun uğursuz qalmasının ildönümü günüdür.

39 il bundan öncə 1980-cı il aprelin 25-də Amerika bir neçə vertolyot və təyyarə ilə İran ərazisinə hərbi hücum etdi.

İran İslam Respublikası quruluşunu məğlub etmək çərçivəsində öz müxtəlif hiylələrindən bir nəticəyə çatmayan Amerika hökuməti 1979-cu il noyabrın 4-də Amerikanın Tehrandakı casusluq yuvasında həbs olunmuş öz casuslarından xilas olmaq niyyəti ilə İrana hücum etdi.

Dəqiq planlaşdırmaya, modern təchizatlara və amerikalıların oxşar məkanlarda həyata keçirdikləri çoxlu sayda təlim-məşqlərə rəğmən, Təbəs şəhərinin ətrafındakı səhralarda çınqıl fırtınasının baş verməsinə görə, Təbəsə qarşı hərbi hücum uğursuz qaldı; bir neçə Amerika vertolyotu və təyyarəsi alovlandı, bir qrup ABŞ hərbçisi öldü. Onların yerdə qalan hissəsi uğursuzluq və rüsvayçılıqla İran torpağından qaçdı.

Qərara alınmışdı ki, amerikalılar Təbəsdə yerə endikdən sonra vertolyotla Tehrana tərəf uçsunlar ki, Amerika səfirliyində diplomat adı altında diplomatik taprşırıqları yerinə yetirmək əvəzinə, casusluqla və yenicə qurulmuş İran İslam Respublikası quruluşunu devirmək əməliyyatını işləyib hazırlmaqla məşğul olan şəxsləri bu məkandan çıxarsınlar.

Həmin hadisədən qalmış sənədlər göstərirdi ki, bu tədbir dəqiq hesablamalarla və İranın şərqində buraxılmış hava limanının müəyyən edilməsi yolu ilə Təbəs səhrasında İranın iqlim şəraitindən istifadə ilə dəqiq bir planın icrası ilə işlənib hazırlanmışdı.

Təbəs macərası Amerikanın İran xalqına qarşı təcavüzkarcasına məqsədlərindən digər bir sənəd kimi İslam İnqilabından sonrakı hadisələr tarixində qeydə alınıbdır.

Teqlər