Zəngənə: İran neftinin alternativi yoxdur
İranın neft naziri Bijən Namdar Zəngənə İranın neft ixracatının sıfıra endirilməsinin ABŞ və İran ilə qonşu olan iki ölkənin arzusu olduğunu söyləyərək, bunun imkansız olduğunu dedi.
ABŞ hökuməti 22 aprel 2019-cu ildə İrandan neft alan ölkələr üçün nəzərdə tutulmuş güzəştin müddətini uzatmayacağını bildirdi.
ABŞ dövlət katibi Mayk Pompeo bir mətbuat konfransında dedi: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri İran neftinə sanksiyaların tətbiq edilməsinə görə neft bazarında yaranacaq boşluğu doldurmağa hazır olduqlarını elan ediblər.
İRİB-nin bildirdiyinə görə, İranın neft naziri Bijən Namdar Zəngənə çərşənbə günü 24-cü Tehran Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-kimya sərgisinin açılış mərasimində dedi: İran regionda heç bir ölkə ilə düşmənçiliyə malik deyil. Amma, İranın iki qonşusu bəyanat verərək, dünya bazarında İran neftinin yerini tutmağa hazır olduqlarını elan ediblər.