İranın Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın metal sənayesi əleyhinə sanksiyalarına reaksiyası
https://azeri.sahartv.ir/news/İran-i340136-İranın_xarici_İşlər_nazirliyinin_abŞ_ın_İranın_metal_sənayesi_əleyhinə_sanksiyalarına_reaksiyası
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın metal sənayesinə qarşı sanksiya tətbiq etməsinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2019 15:52 Asia/Baku
  • İranın Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın metal sənayesi əleyhinə sanksiyalarına reaksiyası

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın metal sənayesinə qarşı sanksiya tətbiq etməsinə reaksiya verib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, seyid Abbas Musəvi cümə axşamı ABŞ-ın İranın metal sənayesinə qarşı sanksiyalar tətbiq etmək qərarına işarə edərək, dedi: Bu addım beynəlxalq öhdəliklərə ziddir və dəyən zərər və ziyanlara görə kompensasiyanın ödənilməsinə görə ABŞ məsuliyyət daşıyır. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin dedi: İranın metal sənayesinə sanksiyaların tətbiq edilməsi ABŞ-ın digər sanksiyaları kimi beynəlxalq əlaqələrdəki prinsiplərə ziddir və BMT-nin nizamnaməsi, Əlcəzair bəyannaməsi, dostluq müqaviləsi və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarından doğan öhdəliklər ilə üst-üstə düşmür. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci ildə birtərəfli qaydada Vaşinqtonun nüvə anlaşması qarşısındakı öhdəliklərini pozaraq, ölkəsinin bu beynəlxalq anlaşmadan çıxdığını və İrana qarşı nüvə sanksiyalarının bərpa olunduğunu bildirdi. 

ABŞ hökuməti həmçinin, 2 may 2019-cu ildə İrandan neft alan ölkələr üçün nəzərdə tutulmuş güzəştin müddətini uzatmaqdan imtina etdi.