May 16, 2019 09:05 Asia/Baku
  • Zərif: İranın iqtisadi əlaqələrinin asanlaşdırılması nüvə anlaşmasının qorunması yoludur

İran İslam Respublikasının xarici işlər naziri deyib: Dünya ictimaiyyəti nüvə anlaşmasını qorumaq üçün bu anlaşmanın hədəfi olmuş İranın iqtisadi əlaqələrinin asanlaşdırılması ilə bağlı addımlar atmalıdır.

Məhəmməd Cavad Zərif Tokioda Yaponiyanın xarici işlər naziri Taro Kono ilə görüşdən sonra bildirib ki, bu görüşdə regionun hazırkı şəraiti, Amerikanın anti-İran hərəkətləri və nüvə anlaşmasının qorunması tərzi barədə məşvərət edilibdir.

O, əlavə edib: Bu görüşdə regionda gərginliyin azaldılması yolları və Amerikanın militarist hərəkətlərinin dayandırılması haqda danışılıbdır.

İranın xarici işlər naziri vurğulayıb: İran İslam Respublikası regionda toqquşma ardınca deyil, amma daim öz maraqlarını tam qüdrətlə müdafiə edib və hazırda da bu işi görəcəkdir.

Zərif həmçinin deyib: Yaponiyanın xarici işlər naziri bu görüşdə deyib ki, ölkəsi nüvə anlaşmasına sadiqdir və regionda gərginliyin azalması üçün öz diplomatik addımlarını davam etdirməyə maraqlıdır.

İranın xarici işlər naziri Yaponiya rəsmiləri ilə görüşmək məqsədilə Tokioya daxil olaraq, öz yapon həmkarı ilə görüşübdür.

Məhəmməd Cavad Zərif bu gün Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşməli və onunla ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə danışmalıdır.

Teqlər