Təxte Rəvançi: Saxta informasiyalar region problemlərinin köküdür
-
Təxte Rəvançi: Saxta informasiyalar region problemlərinin köküdür
İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi saxta informasiyaları region problemlərinin kökü adlandırıb və belə deyib: Əgər amerikalılar mötəbər məlumatlara malikdirlərsə, bəs nə üçün dünyaya və Amerika xalqının ümumi fikrinə təqdim etmirlər?
Məcid Təxte Rəvançi dünən axşam Amerikanın CBS telekanalı ilə müsahibədə İranla savaşa doğru getmək istəmədiyini deyən ABŞ prezidenti Donald Trampın sözləri haqda deyib: Tramp müharibə ardınca deyil, amma həqiqət burasındadır ki, Amerikanın bəzi hökumət rəsmiləri təhrik etmək yolu ilə İranla müharibə və ya toqquşmaya lazımi zəmin yaratmağa səy göstərirlər.
İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi əlavə edib: Amerika prezidentinin sözləri yeni bir şey deyil, zira İran müharibəyə maraqlı deyil və regionda geniş bir qarşıdurma görmək istəmir.
Təxte Rəvançi regionda səbatsızlıq və əmin-amansızlıq yaratmağa çalışan kəslər barədə belə deyib: Heç kəs Yaxın Şərq regionunda dəniz donanması və bombardmançıların olacaqları zamanadək nəyin baş verəcəyini bilmir.
İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi həmçinin ABŞ rəsmilərinin regiondakı səbatslıqda İranın rolu barədəki iddialarına toxunaraq, vurğulayıb: Mühüm olan məsələ budur ki, bu məlumatlar hətta Amerikanın müttəfiqləri tərəfindən belə qəbul edilmir. Buna görə, bu hərəkətlər Yaxın Şərq bölgəsinin əsas dəlilləridirlər.