İran və Tacikistan xarici işlər nazirlərinin görüşü
İyun 01, 2019 17:28 Asia/Baku
-
İran və Tacikistan xarici işlər nazirlərinin görüşü
İranın xarici işlər naziri bu gün Tehranda Tacikistanın xarici işlər naziri ilə görüşüb, danışıqlar aparıb.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif və Siracəddin Mehrəddin bu görüşdə ikitərəli əlaqələr və beynəlxalq məsələləri müzakirə ediblər.
Tacikistanın xarici işlər naziri cümə günü Tehrana səfər edərək, İranın enerji naziri Rza Ərdəkaniyan ilə görüşüb, danışıqlar aparıb.
Tehran-Duşənbə əlaqələri Tacikistanın 1991-ci ildə müstəqilliyini əldə etdiyi zamandan başlanıb.