İİR QAC dünyanın ən üstün on cəmiyyəti arasında
https://azeri.sahartv.ir/news/İran-i341776-İİr_qac_dünyanın_ən_üstün_on_cəmiyyəti_arasında
İranın Qırmızı Aypara Cəmiyyətinin sədri deyib ki, bu cəmiyyət beynəlxalq federasiyanın nöqteyi-nəzərincə, dünyanın ən üstün on cəmiyyətindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2019 16:22 Asia/Baku
  • İİR QAC dünyanın ən üstün on cəmiyyəti arasında
    İİR QAC dünyanın ən üstün on cəmiyyəti arasında

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri deyib ki, bu cəmiyyət beynəlxalq federasiyanın nöqteyi-nəzərincə, dünyanın ən üstün on cəmiyyətindən biridir.

Əli Əsğər Peyvəndi İranın Qırmızı Aypara Cəmiyyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ikitərəfli həmkarlıqları iclasının kənarında beynəlxalq İranpress xəbər agentliyi ilə müsahibədə əlavə edib ki, İranın Qırmızı Aypara Cəmiyyəti beynəlxalq federasiyanın prinsiplərinə əsasən, müxtəlif ölkələrlə birbaşa və sıx əlaqəyə malikdir.

Peyvəndi deyib: İranın Qırmızı Aypara Cəmiyyəti bir rabitə cəmiyyəti olaraq, dünyanın modern rabitə imkanları və texnologiyalarına ehtiyac duyur və daha artıq yardım və koordinasiya üçün dünyanın modern texnologiyasından bəhrələnməlidir.