İyun 09, 2019 11:21 Asia/Baku
  • Avropa İranı tənqid etmək mövqeyində deyildir
    Avropa İranı tənqid etmək mövqeyində deyildir

İran xarici işlər naziri bildirib: Avropalılar, hətta nüvə anlaşması ilə əlaqəsi olmayan sahələrdə belə, İranı tənqid etmək iqtidarında deyillər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, bu gün (bazar günü) Tehranda təşkil edilən bir mərasimdə bildirib ki, nüvə anlaşmasında hərəkət yox, nəticə mühümdür. O, əlavə edib: Avropalıların və nüvə anlaşmasının yerdə qalan üzvlərinin vəzifəsi, İranın iqtisadi əlaqələr şəraitini adiləşdirməkdir.

İranın avropalılara verilmiş 60 günlük ultimatumuna toxunan Zərif deyib: Əgər İranın avropalılara verilmiş 60 günlük möhlətinin sonunda onlar öz öhdəliklərini yerinə yetirməzlərsə, İran digər addımlar atacaqdır.

İranın xarici işlər naziri həmçinin Qərb ölkələrinin Qərbi Asiyaya müdaxilə etmələrini tənqid edib və bildirib ki, Qərb ölkələrinin Qərbi Asiyadakı siyasətlərinin xəsarətdan başqa heç bir nailiyyəti olmayıbdır.

Zərif xarici rəsmilərin qarşıdakı Tehran səfərlərinə də toxunub: Yaponiyanın baş naziri və Almaniyanın xarici işlər nazirinin Tehrana səfərləri, həmçinin İran İslam Respublikası prezidentinin Bişkekə və Düşənbəyə səfərləri bütün dünyanı hədəfə almış siyasətlərlə mübarizə üçün həll yolunun tapılması, həmçinin qarşıdan gələn gələcək və öz siyasətlərinin bəyanı istiqamətində Tehran üçün bir fürsət yaradacaq.

 

Teqlər