İyul 08, 2019 17:31 Asia/Baku
  • İİR XİN Amerikaya etiraz edib

İran Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin baş müdiri İranın voleybol komandasının Amerikaya daxil olmaq üçün Çikaqo hava limanında yubadılmasına görə, etiraz edib.

İran Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin baş müdiri Mohsen Bəharvənd bu gün İsveçrənin Tehrandakı səfiri vasitəsilə amerikalı rəsmilərin İranın voleybol komandasının üzvləri ilə rəftarına etiraz edərək, deyib: Əgər Amerika ədalətlə və tərəfsicəsinə bütün idman komandalarına ev sahibliyi edə bilmirsə, yaxşı olardı ki, idman yarışlarını keçirməkdən çəkinsin.

Millətlər Liqasının yekun mərhələsində iştirak etmək üçün Amerikanın Çikaqo şəhərinə səfər etmiş İranın milli voleybol komandasının üzvləri bu şəhərin hava limanına daxil olarkən təqribən dörd saat ərzində məmurlar və zabitlər tərəfindən istintaq ediiblər.

İranın Volyebol Federasiyası Beynəlxalq Voleybol Federasiyasına məktub göndərərək, ABŞ rəsmilərinin İranın milli voleybol komandası ilə rəftar tərzi barədə öz rəsmi etirazını bildiribdir.

Teqlər