İyul 22, 2019 19:54 Asia/Baku
  • İran dövlətinin sözçüsü: İngiltərə tankerinin müsadirəsi qanuni idi
    İran dövlətinin sözçüsü: İngiltərə tankerinin müsadirəsi qanuni idi

İran dövlətinin sözçüsü Hörmüz boğazında İngiltərə tankerinin müsadirə edilməsi barədə deyib: İranın İngiltərə tankerini müsadirə etməsi bölgənin ətraf mühiti və Hörmüz boğazının su yolunun təhlükəsizliyi istiqamətində olubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri iyulun 19-da Hormozqan vilayətinin limanlar və gəmiçilik işləri təşkilatının xahişi ilə hadisə törətdiyinə, CPS-i söndürdüyünə və neft tullantılarını boşaltdığına görə, Hörmüz boğazında İngiltərənin "Stena İmpero" adlı tankerini müsadirə etdi.

Əli Rəbii bu gün Tehranda öz həftəlik brifinqində əlavə edib: İngilis tanker öz CPS aparatını söndürmək və xəbərdarlıqlara rəğmən, Hörmüz boğazına girməklə bölgənin ətraf mühiti və Hörmüz boğazının su yolunun təhlükəsizliiyi istiqamətində İranın addımı ilə üzləşibdir.

İran dövlətinin sözçüsü bildirib ki, ingilislər İranın öz su yollarının təhlükəsizliyinin təminində güzəşt edəcəyini gözləməməlidirlər. O, deyib ki, İranın addımı heç bir vəchlə cavab addımı olmayaraq, qanuni və yerli bir addım idi.

Teqlər