Rəbii: Avropa donanmasının Fars Körfəzinə göndərilməsi İran üçün düşmənçilik mesajına malikdir
https://azeri.sahartv.ir/news/İran-i345249-rəbii_avropa_donanmasının_fars_körfəzinə_göndərilməsi_İran_üçün_düşmənçilik_mesajına_malikdir
İran İslam Respublikası dövlətinin sözçüsü deyib: Avropa donanmasının Fars Körfəzinə göndərilməsi hazırkı şəraitdə təhrikedicidir; bu addım İran üçün düşmənçilik mesajına malikdir və gərginlikləri artıracaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2019 16:17 Asia/Baku
  • Rəbii: Avropa donanmasının Fars Körfəzinə göndərilməsi İran üçün düşmənçilik mesajına malikdir
    Rəbii: Avropa donanmasının Fars Körfəzinə göndərilməsi İran üçün düşmənçilik mesajına malikdir

İran İslam Respublikası dövlətinin sözçüsü deyib: Avropa donanmasının Fars Körfəzinə göndərilməsi hazırkı şəraitdə təhrikedicidir; bu addım İran üçün düşmənçilik mesajına malikdir və gərginlikləri artıracaqdır.

Əli Rəbii bu gün öz həftəlik brifinqində əlavə edib: İran İslam Respublikası bütün ölkələri bu təhrikedici rəftarlardan çəkinməyə çağırır.

İran dövlətinin sözçüsü söyləyib: Bölgənin təhlükəsizliyi bölgə ölkələri tərəfindən təmin olunmalıdır və İran bölgədə gəmiçiliyin təhlükəsizliyinin ən böyük təminedicisidir.

Bir neçə Avropa ölkəsi, o cümlədən Fransa, İtaliya və Danimarka İngiltərə hökumətinin Fars Körfəzində Avropanın rəhbərliyi altında bir donanmanın təşkilinə dair planını himayə ediblər.