İran prezidenti: Region məsələləri danışıqlar yolu ilə həll olunmalıdır
Sen 16, 2019 07:11 Asia/Baku
İran İslam Respublikasının prezidenti deyib: Region məsələləri region ölkələri tərəfindən və dialoq yolu ilə həll oluna bilər.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşamçağı Ankaraya yola düşməzdən öncə əlavə edib: Amerikalıların bölgədə iştirakı qanunsuz və müdaxilə mahiyyətlidir və bu gün bölgədə baş verənlər bir çox dünya ölkəsini nigaran edib. Bu da Amerikanın bölgədəki fitnələrindən irəli gəlir.
Ruhani həmçinin terrorizmlə mübarizə, gələcəkdə terrorizmi himayə edən ölkələrin müdaxilə etməmələri, Suriyanın bərpası, didərginlərin geri dönmələri, əsas qanunun islahı və 2021-ci il seçkilərini Türkiyə üçtərəfli sammitində araşdırılacaq mövzulardan adlandırıb.