İİR XİN üç Avropa ölkəsinin bəyanatıını pisləyən açıqlama yayıb
İran Xarici İşlər Nazirliyi İngiltərə, Almaniya və Fransanın yəmənli qüvvələrin ərəbistanın Aramko neft obyektlərinə qarşı hücumu ilə bağlı İrana qarşı məsuliyyətsiz iddiasını pisləyib.
İran Xarici İşlər Nazirliyi bir açıqlama yayaraq bildirib: Səudiyyəli və yəmənli tərəflər arasında hərtərəfli bir savaş gedişində həyata keçirilmiş və yəmənli tərəfin də rəsmən onun görülməsini üzərinə götürdüyü bir hücum barədə üçüncü dövləti ittiham etmək təhrikedici və son dərəcə dağıdıcı olan bir hərəkətdir.
Bu açıqlamada sonra deyilir: Qeyri-real ifadələr yalnız Yəmən savaşının dağıdıcı alovunun şiddətlənməsinə və onun bölgədə daha əhatəli olması ehtimalına gətirib çıxaracaqdır.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında daha sonra deyilir: Xüsusən ərəbistana iri həcmdə silah ixracatı yolu ilə bu uşaqqıran rejimin himayə olunması siyasətlərinin kənarında döyüş reallıqlarından uzaq və siyasi hədəflərlə dövlətləri ilə ittiham etmək təhlükəli bir prosesdir və onun nəticələri bu bəyanatı yayan üç ölkənin üzərinə düşəcək.