Sen 26, 2019 09:13 Asia/Baku
  • Zərif BMT TŞ-də çıxış edib
    Zərif BMT TŞ-də çıxış edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın dəvəti ilə BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib.

Təhlükəsizlik Şurasının Lavrovun sədrliyi altında keçirilən iclasında İran xarici işlər naziri İran prezidentinin Fars Körfəzi və Hörmüz boğazı barədəki yeni layihəsi ətrafında danışıb.

Zərif deyib: İran İslam Respublikası bu layihənin bütün cəhətləri barədə region ölkələri və BMT ilə danışmağa tam şəkildə hazırdır.

İranın xarici işlər naziri İran prezidenti Həsən Ruhaninin bölgənin səkkiz ölkəsinin iştirakı ilə Fars Körfəzində dəniz koalisiyasının yaradılması barədəki layihəsi haqda vurğulayıb: Hörmüz boğazı nəinki strateji cəhətdən mühümdür, həm də Hörmüz təşəbbüsü və ya ümid üçün koalisiya ideyasını İran prezidenti irəli sürübdür və bu, bizim üçün son dərəcə ciddidir. Bu təşəbbüs təhlükəsizliyin satın alınması anlamından bölgə əhalisinin özünə söykənməysinə və onların arasında həmkarlığa doğru bir dönüşdür. Bunlar bölgədə təhlükəsizliyin əsasıdır və onlar olmadan təhlükəsizlik regionda əlçatmaz bir xəyal olacaqdır.

 

Teqlər