Kontr-admiral Səyyari: Ordu üç yeni gəmi düzəltməkdədir
İran İslam Respublikası Ordusu komandanının koordinator müavini İranın Müdafiə Nazirliyi və ordunun dəniz qüvvələri tərəfindən üç yeni esminesin düzəldilməsindən xəbər verib.
İran İslam Respublikası Ordusu komandanının koordinator müavini kontr-admiral Həbibullah Səyyari IRNA ilə müsahibədə İranda döyüş gəmilərinin istehsal xəttinin mövcudluğuna işarə edib və belə deyib: Hazırda Müdafiə Nazirliyinin dəniz sənayesi və ordunun dəniz qüvvələrində Dena, Şiraz və Təftan adlı üç yeni esminesin istehsal işi həyata keçirilməkdədir.
Kontr-admiral Səyyari İran İslam Respublikasının hərbi silahların düzəldilməsi sahəsindəki nailiyyətlərinə toxunaraq, deyib: Raket, qırıcı təyyarə, hərbi gəmi, sualtı qayıq və tank kimi modern hərbi silahların istehsal xətti işə salınıbdır.
O, əlavə edib: Bu gün Qədir tipli yüngül dərəcəli sualtı qayıqdan əlavə, tamamilə yerli olan yarımyüngül dərəcəli Fateh tipli sualtı qayıqlar da iri istehsal xəttində dururlar.