Dek 15, 2019 14:10 Asia/Baku
  • Bölgədəki hadisələr İran ilə Oman arasındakı uzunmüddətli və dərin əlaqərə təsir etməyəcək
    Bölgədəki hadisələr İran ilə Oman arasındakı uzunmüddətli və dərin əlaqərə təsir etməyəcək

İran İslam Şurası Məclisinin sədri deyib ki, bölgədəki hadisələr İran ilə Oman arasındakı uzunmüddətli və dərin əlaqərə təsir etməyəcək.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Türkiyənin Antaliya şəhərində keçirilən Asiya Parlamentləri Assambleyasının 12-ci iclasının kənarında Oman parlamentinin sədr müavini Abdullah Məli Ələmri ilə görüşdə iki ölkənin yaxşı əlaqələrinə işarə edərək, əlavə edib: Oman həmişə asayişgətirən rola malik olubdur.

Laricani həmçinin Omanın Yəmən böhranı qarşısındakı rəftarına toxunub. Ümidvarlıq edibdir ki, Yəmən barədə danışıqlar real nəticəyə və atəşkəsə gətirib çıxaracaq.

Abdullah Məli Ələmri də səmimi İran-Oman münasibətlərinə işarə edərək, deyib: Oman parlamenti iki ölkənin siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə dəstək verir.

O, Yəmən böhranına da toxunub: Oman bəzi yəmənli qruplarla danışıqlar aparıb və bu savaşa son qoymaq üçün həll yolu tapmağa çalışır.

 

Teqlər