İran Fars Körfəzinin təhlükəsizliyinin təmini üçün qonşularla həmkarlığa hazırdır
İran-Rusiya-Çin birgə manevrinə işarə edən İranın xarici işlər naziri Tehranın Fars Körfəzinin təhlükəsizliyinin təmini üçün qonşularla həmkarlığa hazır olduğunu bildirib.
İran, Rusiya və Çinin birgə dəniz manevri, “Kollektiv birlik və əməkdaşlıq sayəsində sülh, dostluq və sabit təhlükəsizlik” mesajı ilə dünən Hind okeanının şimalında başlanıb və bazar ertəsi gününədək davam edəcək.
Bu manevrdə fərqli taktiki təlimlər, o cümlədən yanğına düçar olmuş gəminin xilas edilməsi, təcavüzə məruz qalmış gəminin azad edilməsi və dənizdə konkret hədəflərə qarşı atış, üç ölkənin bölmələri tərəfindən həyata keçiriləcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən öz şəxsi tvitter səhifəsində İranın “Hörmüz sülhü” layihəsinin icrasını vurğulayıb. Yazıb ki, Oman dənizində və Hind Okeanında keçirilən İran, Rusiya və Çinin birgə dəniz manevri bizim önəmli su yollarının təhlükəsizliyinin qorunması üzrə öhdəliyimizi müəyyən edir.
Bu manevr dünyanın müxtəlif medialarında geniş əks-səda doğurub.
Russia Today müxbiri bir reportajda yazıb: Bu, yalnız bir hərbi təlimdir. Hörmüz boğazı ən mühüm və əsas neft yoludur. Hər gün dünya neftinin beşdə bir hissəsi oradan keçir.
Qeyd olunan manevr həmçinin İran tərəfindən atılan son dərəcə sayıqcasına bir addımdır. İran qərara alıbdır ki, dünyanın ikinci və üçüncü hərbi gücləri sayılan Rusiya və Çin kimi bəzi dostlarından bir dostluq dəniz manevrində bu ölkəni müşayiət etmələrini istəsin.
Ələrəbi televiziyası bir reportajda bu manevrin elan olunmuş və olunmamış məqsədləri barədə belə qeyd edib: Tehranın bu zaman kəsiyində dünyaya çatdırmaq istədiyi ən önəmli mesajlardan biri budur ki, bu manevr Amerikanın İrana qarşı təzyiqi artırmaq üzrə səylərinə bir cavabdır. İran demək istəyir ki, bu bölgədə həll yolunun bir hissəsini təşkil edir. Qərar çıxarandır. İstəyir ki, bu mühüm ticarət bölgəsinin təhlükəsizliyini təmin edilməsinə təkid etsin və enerji təhlükəsizliynin təmin edilməsini xatırlatsın. Manevr həmçinin bu mesaja malikdir ki, üç ölkə arasında hərbi həmkarlıqlar mövcuddur.