Dek 28, 2019 20:01 Asia/Baku
  • Vilayəti:
    Vilayəti: "İran region ölkələrinin parçalamasına yönəlmiş planların qarşısında dayanacaq"

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran İslam Respublikasının regionda istənilən xarici müdaxiləyə qarşı olduğunu bildirib və zülm, fitnə, zorakılıq və region ölkələrini parçalamaq və zəyiflətmək üçün düşmənlərin məşum planları qarşısında dayanacağını diqqətə çatdırıb.

İnqilab Rəhbərinin beynəlxlq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Şənbə günü Tehranda Suriyanın qəbilələri və köçəri tayfalarının başçıları və şeyxlərindən ibarət bir nümayəndə heyətilə görüşdə onları regionda müqavimətin sütunu adlandırıb və ABŞ prezidentinin  Suriya ilə bağlı yarıtmaz mövqeyini şərh edərək bldrib ki, Tramp heç nədən çəkinmədən ölkəsinin Suriyada məhz neftdən ötrü qoşun saxladığını dilə gətirir. Bu isə o deməkdir ki, ABŞ-ın Suriyada hərbi müdaxiləsi qeyri-qanuni, əyani oğurluq və beynəlxalq qanunlara ziddir.

Teqlər