İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da güclənib
https://azeri.sahartv.ir/news/İran-i356146-İran_xalqı_amerikanın_fitnələri_və_sanksiyaları_qarşısında_daha_da_güclənib
İran İslam Respublikasının prezidenti bildirib ki, amerikalılar İrana qarşı yanlış proqramlaşdırma aparıblar. O, deyib: İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da möhkəm olaraq, güclənibdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 16, 2020 14:49 Asia/Baku
  • İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da güclənib
    İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da güclənib

İran İslam Respublikasının prezidenti bildirib ki, amerikalılar İrana qarşı yanlış proqramlaşdırma aparıblar. O, deyib: İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da möhkəm olaraq, güclənibdir.

Həsən Ruhani bu gün İranın Mərkəzi Bankının 59-cu ümumi iclasında Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin şəhid olması münasibətilə başsağlığı verərək, əlavə edib: Bu hərbi komandanın amerikalı terrorçular tərəfindən şəhid edilməsi bütün Qərbi Asiya bölgəsini təsir altına aldı və Kəşmirdən tutmuş Afrikayadək bütün müsəlmanlar bu yüksək dərəcəli komandanın itirilməsinə görə, kədər ifadə edərək, matəm saxlayıblar.

İran İslam Respublikasının prezidenti deyib: Az sayda ölkə Amerika hərbçilərinin bazasını raket hücumları hədəfinə almağa cürət edər. O, əlavə edib: İran general Soleymaninin şəhadətindən sonra amerikalı qüvvələrin İraqdakı bazasını raket hücumları hədəfinə aldı. O, əlavə edib: İran general Soleymaninin şəhadətindən sonra amerikalı hərbçilərin İraqdakı bazasına raket hücumu etdi və Tramp İrana qarşı hədəsindən geri çəkilməyə məcbur oldu.