Ruhani Tehran-Karakas münasibətlərinin genişlənməsini vurğulayıb
İran İslam Respublikasının prezidenti Tehran-Karakas əlaqə və əməkdaşlıqlarını müsbət və dostcasına adlandırıb, qarşılıqlı münasibətlərin genişləndirilməsi və gücləndirilməsi üzrə səyin vacibliyini vurğulayıb.
Həsən Ruhani Tehranda Venesuelanın xarici işlər naziri Xorxe Arreasa ilə görüşdə iki ölkənin dostcasına münasibətlərinə toxunub. Bildirib ki, İran İslam Respublikası dost ölkə kimi Venesuela ilə əlaqə və əməkdaşlıqlarını genişləndirməyə hazırdır.
İran İslam Respublikasının prezidenti söyləyib: İran və Venesuela öz münasibət və həmkarlıqlarını bütün sahələrdə genişləndirə bilərlər.
Ruhani həmçinin Amerikanın İran xalqına qarşı qanunsuz sanksiyalarına, eləcə də Venesuelanın hökuməti və xalqına qarşı təzyiq və fitnələrinə işarə edib, bunları bəşəriyyətə qarşı cinayət adlandırıbdır.
Venesuelanın xarici işlər naziri də Amerikanın terror hərəkətində general-leytenant Soleymaninin şəhid olmasına görə, Venesuelanın hökuməti və xalqının İran xalqının kədəri ilə bölüşdükləri və İran xalqı ilə həmrəy olduqlarını bildirib. O, deyib: Şübhə yoxdur ki, müstəqil hökumət və xalqlar düşmənlərin təzyiq və fitnələri qarşısında dayanaraq, öz maraqlarını müdafiə edəcəklər.