Yan 26, 2020 12:49 Asia/Baku
  • Ruhani Türkiyə prezidentinə başsağlığı verib
    Ruhani Türkiyə prezidentinə başsağlığı verib

İran İslam Respublikasının prezidenti baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Türkiyə hökuməti və xalqına başsağlığı verib.

İran İslam Respublikası prezidenti Həsən Ruhanı yanvarın 25-də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana ünvanladığı məktubda, baş vermiş zəlzələdə bu ölkə vətəndaşlarından bir qrupunun həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığı verib və onların kədərini bölüşüb. 

O, həmçinin, İran İslam Respublikasının  xəsarət alan bölgələrdə xalqa hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

İslam Şurası Məclisinin sədri Əli Laricani də Türkiyə Böyül Millət Məclisinin sədri Mustafa Şentopa  zəlzələ nəticəsində bir qrup insanın həlak olması ilə bağlı başsağlığı verib.

Cümə günü yanvarın 24-də gecə saatlarında Türkiyənin şərq bölgələrində rixter şkalası ilə 6,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində indiyə kimi 29 nəfər hayatını itirib, 1466 nəfər də xəsarət alıb.

Teqlər