Region xalqlarının müqaviməti Amerikanın fitnələrinin uğursuzluğu amili olub
İran İslam Respublikasının prezidenti deyib: İran xalqının və regionun digər xalqlarının müqaviməti Amerikanın Qərbi Asiyadakı fitnələrinin uğursuzluğu amili olubdur.
Həsən Ruhani bu gün Tehranda keçirilən bir mərasimdə Amerikanın hazırkı rejiminin Qərbi Asiya bölgəsindəki təxribatçı hərəkətlərinə və sanksiya şəraitinə rəğmən, İran İslam Respublikasının müxtəlif sahələrdəki irəliləyişlərinə işarə edərək, əlavə edib: Amerika tarixindəki bütün hökumətlərdən ən pisi olan Amerikanın hazırkı hoqqabaz və terrorçu hökuməti öz hərəkətləri ilə dünya xalqları, öz müttəfiqləri, dostları və hətta öz xalqı üçün belə, problemlər yaradıbdır.
Ruhani bildirib ki, Amerika sivilizasiya, demokratiya və insan haqları iddiası ilə bölgə xalqlarına zülm edir. O, deyib: Hazırda Amerikada hakimiyyətdə olan hökumət təkcə İran xalqına deyil, İraq, Əfqanıstan, Yəmən, Suriya və Livan xalqlarına da zülm edir və bölgədə az sayda bir ölkə tapılar ki, onların zülmlərini görməmiş olsun.