Fev 21, 2020 09:08 Asia/Baku
  • İranda İİR İŞM və Rəhbərlik Xobreqanı Məclisi seçkiləri keçirilir
    İranda İİR İŞM və Rəhbərlik Xobreqanı Məclisi seçkiləri keçirilir

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkiləri Tehran vaxtı ilə bu gün səhər saat 8-də başlanıb.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri bütün ölkə boyu 208 seçki dairəsində 290 nümayəndəni seçmək üçün keçirilir.

Belə bir halda, İran Daxili İşlər Nazirliyinin seçki qərargahının sədri Cəmal Orf İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 7157 namizədin rəqabət apardığını bildirib. Qeyd edib ki, ölkə boyu 54 mindən çox seçki məntəqəsi təşkil edilib.

Parlament seçkilərinin öncəki çağırışlarında iştirakın 60 faiz olduğunu bildirən cənab Orf belə qeyd edib: İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 57 milyon 918 min nəfər səsvermə haqqına malikdir. Bunların iki milyon 931 min nəfəri ilk dəfədir ki, seçkilərdə iştirak edir.

İranın seçki məcəlləsinə əsasən, səsvermə yaşı tam 18 yaşdır.

 

 

 

Teqlər