İnqilab Rəhbərinin mövqeyi Hindistan medialarında geniş şəkildə işıqlandırılıb
İslam İnqilabının Böyük Rəhbərinin Hindistanın məzlum müsəlmanlarını himayə barədəki tvitter mesajının verilməsindən sonra bu ölkənin mediaları həmin xəbəri özəl şəkildə əks etdiriblər.
"De Hindu Tayms Av İndia", "De Print", "Tayms Nav Nyus" və "Siyasət" adlı medialar İnqilab Rəhbərinin təsviri və sözlərinin bir hissəsini yayıb, Hİndistan rəsmilərinə müsəlmanlar qarşısındakı məsuliyyətlərini xatırladaraq, bildiriblər ki, bu ölkə hökuməti əgər İslam Dünyasında təcrid olunmaq istəmirsə, müsəlmanların hüquqlarına hörmət etməlidir.
Hindistanda yeni vətəndaşlıq qanununa qarşı etirazlara görə son bir həftə ərzində bu ölkənin müxtəlif bölgələrdə baş verən zorakılıqlar və toqquşmalarda həmin ölkə müsəlmanlarından 46 nəfər öldürülüb və yüzlərlə nəfər də yaralanıbdır.
Belə bir halda,ekstremist hindular müsəlmanlara hücum edərək, Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmansakinli məhəllələri benzin bombaları ilə hədəfə alıblar.
Hazırda qanuna çevrilmiş müsəlmanlara qarşı yönələn vətəndaşlığın verilməsi layihəsi Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə qacmağa məcbur olan miqrantlara Hindistan vətəndaşlığı verir, amma bu qanun müsəlmanlara şamil olmur.
HİND MEDİALAR İNQİLAB RƏHBƏRİNİN MÖVQEYİNİ İŞIQLANDIRIBLAR