İranın tələbə qurumları hind müsəlmanların qırğın edilmələrinin dayandırılmasını vurğulayıblar
İranın tələbə qurumlarından və xalq orqanlarından bir qrupu hind müsəlmanların qırğın edilmələrini pisləyərək, faktaraşdırıcı komitənin təşkilini istəyibdir.
İranın tələbə qurumlarından və xalq orqanlarından bir qrupu dünən BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçeletə məktubda Hindistanda vətəndaşlıq qanununa düzəlişin edilməsinə işarə edib. Bildirib ki, bu qanun Hindistan xalqının dinləri qarşısında ayrı-seçkilik salıb və hind müsəlmanlara daha artıq təzyiq göstərmək məqsədini güdür.
İranın tələbə qurumları və xalq orqanları vurğulayıblar ki, Hindistanda vətəndaşlıq qanununa düzəlişin edilməsi ekstremist qrupların müsəlmanlara və onların müqəddəslərinə qarşı təxribatçı və mütəşəkkil hərəkətləri ilə nəticələnibdir.
Məktubda bu böhranın həll yolu/ ayrı-seçkilikdən uzaq durmaq, əsas hüquqlara və insan ləyaqətinə hörmət adlandırılıb və hind müsəlmanlara qarşı bu zorakılıq və ifratçılığın tez bir zamanda dayandırılması vurğulanıbdır.
HİND MÜSƏLMANLARIN QIRĞINININ DAYANDIRILMASI VURĞULANIB