İranda bir daha hind müsəlmanların qırğın edilmələri pislənib
İranda məktəblilərin islami cəmiyyətlər birliyi hind müsəlmanların ekstremist hindular tərəfindən qırğın edilmələrini pisləyib.
İranda məktəblilərin islami cəmiyyətlər birliyi bu gün bir bəyanatda müxtəlif bəhanələrlə Hindistanda müsəlmanlara işgəncə verilməsindən nigarançılıq edərək, bütün dünya azadlıqsevərləri və beynəlxalq orqanların hərəkətə keçmələri vacibliyini vurğulayıb.
Bundan öncə də İranın tələbə qurumlarından və xalq orqanlarından bir qrupu BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçeletə məktubda Hindistanda vətəndaşlıq qanununa düzəlişin edilməsinə işarə edib. Bildirib ki, bu qanun Hindistan xalqının dinləri qarşısında ayrı-seçkilik salıb və hind müsəlmanlara daha artıq təzyiq göstərmək məqsədini güdür.
İranın tələbə qurumlarından və xalq orqanlarından bir qrupu hind müsəlmanların qırğın edilmələrini pisləyərək, faktaraşdırıcı komitənin təşkilini istəyibdir.
Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olundu. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.
Belə bir halda, ekstremist hindular Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmansakinli məhəllələri benzin bombaları ilə hədəfə alıblar.
Hind rəsmilər tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda təqribən 50 nəfər ölüb, 300-dən çox insan da yaralanıbdır.
İRANDA BİR DAHA HİND MÜSƏLMANLARIN QIRĞINI PİSLƏNİB