Hindistanın məhkəmə aparatı müsəlmanların qırğını amillərini cəzalandırsın
Hindistanda müsəlmanlara qarşı qəddarlıq və qırğından nigarançılıq edən İranın məhkəmə hakimiyyətinin sədri Hindistanın məhkəmə aparatından bu cinayətlərin amillərini cəzalandırmasını istəyibdir.
Seyyed Ebrahim Rəisi bu gün hind müsəlmanların qırğın edilmələrini pisləyib. Xatırladıb ki, Hindistanın hökumət başçıları amerikalıların bu ölkənin xalqı arasında ixtilaf və toqquşma salmaq üzrə təhlillərinə diqqət yetirməlidirlər.
Rəisi həmçinin İngiltərənin Hindistanın qanlı tarixi olaylarındakı izlərinə işarə edərək, bu ölkə hökumətindən istəyibdir ki, ekstremistlərə qırğın və cinayət törətmək imkanı verməsin, zira onun nəticəsi, bölgənin durumunun daha da böhranlı olması olacaqdır.
İnsan haqlarını müdafiə iddiasında olan təşkilatların Hindistanda cərəyan edən cinayətlər qarşısındakı sükutlarını tənqid edən İranın məhkəmə hakimiyyətinin sədri vurğulayıb: İnsan haqlarını müdafiə iddiaçılarının Hindistandakı kədərli hadisələr qarşısında susmaları ondan xəbər verir ki, onlar insanların hüquqlarının həyata keçməsinin ardınca olmaqdan daha çox, siyasi mühit ardınca olaraq, imperialistlərin oyuncaqlarıdırlar.
HİNDİSTANIN MƏHKƏMƏ APARATI CANİLƏRİ CƏZALANDIRSIN