Mart 21, 2020 07:59 Asia/Baku
  • COVID-19, Zərif-Borrel telefon söhbətinin mehvəri olub

İranın xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bir telefon söhbətində koronavirus pandemiyası və İranın addımlarını, xüsusən bu pandemiyaya qarşı mübarizə meydanında İranın qarşısında duran maneələri nəzərdən keçiriblər.

Bu telefon danışığında Məhəmməd Cavad Zərifin Amerikanın İran xalqına qarşı müalicə terrorizmi və iqtisadi terrorizmi əleyhinə ifşaçılığı və sağlamlıq diplomatiyası çərçivəsindəki sıx və geniş məşvərətləri davam etdirilibdir.

İranla həmrəylik ifadə edən Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel Amerikanın İran xalqının həyatına və sağlamlığına qarşı birtərəfli sanksiyaları rədd edib. O, bu sahədə təsirli həll yollarının əldə olunması üçün ölkələrin məşvərət və həmkarlıqlarını istəyibdir.

COVID-19, ZƏRİF-BORREL SÖHBƏTİNİN MEHVƏRİ OLUB

Teqlər