Apr 01, 2020 13:08 Asia/Baku
  • Amerikanın İraqdakı hərəkətləri regionun səbatsızlığına səbəb olur
    Amerikanın İraqdakı hərəkətləri regionun səbatsızlığına səbəb olur

İran Xarici İşlər Nazirliyinin sözçüsü amerikalı hərbçilərin İraqdakı hərəkətlərinə toxunub. Bildirib ki, bu hərəkətlər İraqın suverenliyini pozmaqdan əlavə, Qərbi Asiyanın səbatsızlığı və əmin-amansızlığına səbəb olur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən axşamçağı İran-Press ilə müsahibədə vurğulayıb: Amerikalıların İraqdakı son hərəkətləri bu ölkənin hökuməti, xalqı və parlamentinin istəyinin ziddinədir.

Belə bir halda, İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan dünən axşamçağı öz tvitter hesabında vurğulayıb: Əgər amerikalılar yeni hərbi xətaya düçar olarlarsa, şübhəsiz, onların regiondan tez bir zamanda çıxmalarına və sionizmin sonuna gətirib çıxaracaqdır.

Bəzi məlumatlar Amerikanın yeni hərbi hərəkətlərini İraqda ehtimal olunan hərbi çevriliş, həmçinin Amerikanın siyasətlərinin xeyrinə siyasi münasibətin dəyişməsi üçün təzyiqin tətbiq edilməsi ilə bağlı hesab edirlər.

ABŞ-IN HƏRƏKƏTLƏRİ BÖLGƏNİN SƏBATSIZLIĞINA SƏBƏB OLUR

Teqlər