Apr 27, 2020 06:46 Asia/Baku
  • Amerika dövlət katibi, nifrət katibidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyi dünən gecə bildirib ki, Mayk Pompeonun dövlət katibi olduğu dövrdə dünya daha təhlükəli, Amerika daha mənfur və daha alçaq olubdur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi tvitter-də yazıb: İki il xidmətdən sonra «nifrət katibi» kimi də tanınan Amerika dövlət katibi Mayk Pompeo sözün əsl mənasında diplomatiya sahəsində heç bir nailiyyət əldə etməyibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, bu dövrdə dünya daha təhlükəli, Amerika daha mənfur və daha alçaq olubdur.

Nazirlik qeyd edib ki, həmin dövrdə beynəlxalq səhnədə heç bir sülh əldə olunmayıb və heç bir səbatlıq bərqərar edilməyibdir.

İran İslam Respublikasının xarici işlər naziri də son zamanlar Amerika dövlət katibi Mayk Pompeonun İrana qarşı maksimum sanksiyaların davam edəcəyinə dair sözlərinə reaksiyada demişdi: İnsan təəccüb edir ki, görən, Pompeo dövlət, yoxsa nifrət katibidir?

ABŞ DÖVLƏT KATİBİ, NİFRƏT KATİBİDİR

Teqlər