İranın silah sanksiyasının uzadılmasına cavabı qətiyyətli olacaq
https://azeri.sahartv.ir/news/İran-i361341-İranın_silah_sanksiyasının_uzadılmasına_cavabı_qətiyyətli_olacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehranın silah sanksiyasının uzadılmasına cavabı qətiyyətli olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2020 10:08 Asia/Baku
  • İranın silah sanksiyasının uzadılmasına cavabı qətiyyətli olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehranın silah sanksiyasının uzadılmasına cavabı qətiyyətli olacaq.

Seyyed Əbbas Mousəvi bu gün öz mətbuat konfransında Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmağa çalışmasına toxunub. Xəbərdarlıq edib ki, əgər bu sanksiyalar uzadılarsa, İran da şəraitə əsasən hərəkət edəcək və cavab verəcəkdir.

İranın diplomatiya aparatının rəsmi nümayəndəsi deyib ki, amerikalılar özlərinin hazırkı məqsədlərinə çata bilməzlər, zira tələblərinin hüquqi əsası yoxdur və onlar artıq nüvə anlaşmasının üzvü də deyildirlər.

Mousəvi həmçinin İŞİD terrorçularının yenidən İraqda fəaliyyətə başlamalarına və Əlhəşduşşəbi qüvvələrini hədəfə almalarına toxunub. Qeyd edib ki, İraq xalqının təzyiqi altında olan amerikalılar İŞİD-i gücləndirməklə İraqdan qovulmalarına mane olmaq və ya bu qovulmanı təxirə salmaq istəyirlər.

Mousəvi Livan Hizbullahının Almaniya tərəfindən terrorçu adlandırılmasına da toxunub. Bildirib ki, almanlar hazırda sionistlərə öz tarixi börclarını ödəyirlər.

SİLAH SANKSİYASININ UZADILMASINA CAVAB QƏTİYYƏTLİ OLACAQ