İİR XİN-in sionist rejimin təsisinin ildönümü ilə bağlı bəyanatı
İranın Xarici İşlər Nazirliyi saxta sionist rejimin yaradılması- Nikbət gününün ildönümündə yaydığı bir bəyanatda Fələstin məsələsini, onun unudulması üzrə bütün fitnələrə rəğmən, İslam Dünyasının birinci məsələsi adlandırıb.
14 may, yüz minlərlə fələstinlinin öz ölkəsindən çıxarılmasının 71-ci ildönümünə təsadüf edir. 15 may da saxta sionist rejimin formalaşması-Nikbət gününün 71-ci ilidir.
SaharAzeri xəbər verir: İranın Xarici İşlər Nazirliyi bu bəyanatda İslam Əməkdaşlığı Təşkilatından, islami dövlət və xalqlardan, həmçinin dünyanın digər azad xalqlarından istəyibdir ki, Fələstin xalqını himayə istiqamətində, onun ölkəsinin qurtuluşunadək təsirli addımlar atsınlar.
Bəyanatda sionist rejimin 70 ildən çox olan işğalçılıq dövründəki bütün düşmənçilik hərəkətlərinə işarə olunmaqla deyilir: İran İslam Respublikası Fələstin xalqının amalı ilə tam həmrəylini elan edib, müsəlmanların birinci qibləsinin, həmçinin azadlıq yolunun mübarizləri və şəhidlərinə hörmət ifadə edir və «əsrin sövdələşməsi» kimi biabırçı sazişləri rədd etməklə bir daha BMT xüsusiyyət təşkil etməklə beynəlxalq təşkilatların Fələstin ölkəsinin mütəşəkkil işğalına son qoymaq və fələstinli didərginlərin öz ölkələrinə geri dönmələrinə zəmin yaratmaq üzrə mühüm məsuliyyətlərinə təkid edir.
İİR XİN-İN NİKBƏT GÜNÜ İLƏ BAĞLI BƏYANATI