May 16, 2020 01:43 Asia/Baku
  • İİR XİN-dən Pompeonun tvittlərinə cavab

İran Xarici İşlər Nazirliyi öz virtual səhifəsində ABŞ dövlət katibi Mayk Pompeonun Amerika səfirliyinin Beytulmuqəddəsə köçürülməsinin ikinci ildönümündə yazdığı tvittlərə cavab verib.

SəhərAzəri "iribnews.ir"-a istinadən bildirir,  Bu mesajda deyilir: Daha dəqiq desək, Amerika/ mövcudluğu irqçilik, qəsbkarlıq, terror, basqın və bir çox digər hallardan asılı olan bir aparteid rejiminə sadiqdir. Amerikanın möhtərəm saydığı həmkarlıq Fələstində qırğın, dağıntı və ondan da pis bir bünövrə üzərində qurulubdur. O, bildirib ki, bu koalisiya dünyanı daha da təhlükəli edibdir.

Amerika 2018-ci il mayın 14-də Beytulmuqəddəsdə öz səfirliyini açdı. ABŞ dövlət katibi bu münasibətlə verdiyi bir açıqlamada onu prezidentin seçki vədləri istiqamətində dəyərləndirmişdi.

Tramp 6 dekabr 2017-ci il tarixindəki çıxışında da demişdi ki, 70 il bundan öncə prezident Trumen sionist rejimi tanıdı və o zamandan bəri sionist rejim də Beytulmuqəddəsi öz paytaxtı bilir; buna görə, Birləşmiş Ştatların bu şəhəri sionist rejimin paytaxtı kimi tanıması yerinə düşərdi.

Belə bir halda, ABŞ dövlət katibi Mayk Pompeo Beynəlxalq Haaqa Məhkəməsini bir məhkəmə müəssisəsi deyil, siyasi bir heyət adlandıraraq, iddia edibdir ki, fələstinlilər Beynəlxalq Ədalət Məhkəməsi daxil olmaqla beynəlxalq təşkilatlara tam üzvlük şəraitinə malik deyildirlər.

Pompeo sonra deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin baş prokuroru sionist rejimin qərb sahili, şərqi Qüds və Qəzzədəki hərbi cinayətləri barədə təhqiqat üçün səy göstərir və onun bu səyi təəssüf doğurur.

Teqlər