May 30, 2020 07:06 Asia/Baku

Məzlum ABŞ xalqının repressiya edilməsi və mediaların məhdudlaşdırılmasının dərhal dayandırılmasını vurğulayan İran Xarici İşlər Nazirliyi elan edib ki, amerikalı etirazçıların səsi eşidilməlidir.

SəhərAzəri - İRNA xəbər agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyi cümə günü amerikalı qaradərililərin qətlə yetirilməsindən təəssüfləndiyini bildirərək, öz Tvitter hesabında yazıb: "İran İslam Respublikası ABŞ-da ölümcül irqçiliyi pisləyir və bu ölkə rəsmilərini bu cür hadisələr barədə ədalətin icrasına çağırır". 

ABŞ polisinin son irqi cinayətində, ötən bazar ertəsi günü ağdərili bir zabit Minneopolis şəhərində qaradərili bir şəxsi qətlə yetirib. Qaradərili şəxs 7 dəqiqə davam edən polis zabitin dizinin təzyiqi altında "nəfəs ala bilmirəm", "mənə bir az su verin", "məni öldürmə" deyə çığırır və sonda ölür.

Minneopolis şəhərinin sakinləri çərşənbə axşamı günündən etibarən bu 46 yaşlı qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq, bu şəhərin küçələrində aksiya keçirirlər.

ABŞ-ın "C.N.N" xəbər kanalı cümə axşamı günü aksiyaların davam etdiyini və ən azı ABŞ-ın iki digər böyük şəhərinin də bu ölkə polisinin irqçiliyi və rənglidərililərlə münasibətdə zorakı davranışlarına qarşı etiraz aksiyalarının şahidi olduğunu bildirib.

ABŞ-ın polis qüvvələri tərəfindən bu ölkənin qaradərili vətəndaşlarının öldürülməsi 2014-cü ildən bəri kəskinləşibdir və bu məsələ ABŞ-ın bəzi ştatlarında vətəndaş hərəkatlarının formalaşması və zorakılığın artması və hətta neçə günlük gərginliyə səbəb olub.

Ümumiyətlə ABŞ məhkəmələri qaradərililərə qarşı cinayət törədən polis zabitlərini cinayətkar hesab etmirlər və onlara ağır cəzalar tətbiq etmirlər.

Teqlər