"ABŞ rəsmiləri öz ölkələrinin vəziyyətini sahmana salsınlar"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikada Atlantik Şurasının bir üzvünün iddiasına reaksiyada vurğulayıb ki, başqalarını moizə etmək yerinə, öz ölkələrinin vəziyyətini sahmana salsınlar.
SəhərAzəri xəbər verir, Amerikada Atlantik Şurasının üzvü Barbara Slavin Amerikada qaradərililərə qarşı ayrı-seçkiliyə son qoyulmasını istəyən İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin tvittinin altında yazıb: Əvvəl, öz ölkənizi düzəldin. Biz öz ölkəmizi düzəldəcəyik.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən axşam Amerikada Atlantik Şurasının bu üzvünün iddiasına reaksiyada yazıb: O qədər başqalarını moizə etməyə adət etmisiniz ki, bir kəsin sizi moizə etməsindən xoşunuz gəlmir. O qədər təkəbbürlü olmamalısınız ki, İrana nəsihət vermiş olasınız.
Mousəvi həmçinin digər bir tvitt-də yazıb: Beynəlxalq əmin-amansızlıq və səbatsızlıq məsələsindən söz gedərkən Amerika daha çox öz günahlarının kəffarəsini ödəməlidir.