Zərif ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətinə reaksiya verib
İran İslam Respublikasının xarici işlər naziri Tvitter mesajında ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edərək, həmin hərəkətin bac almaq niyyəti ilə hədə-qorxu gəlmək kimi qiymətləndirib.
SaharAzeri xəbər verir, Məhəmməd Cavad Zərif yazıb, “qanuna tabe olmayan bir qrup cinayətkar özlərini diplomat kimi qələmə verib, və indi Beynəlxalq Cinayət Məhkəməsindən bac tələb edirlər.”
Zərif əlavə olaraq yazıb: Beynəlxalq ictimaiyyət oyanmaq və bir qulduru razı salmanın nəticələrini başa düşmək üçün başqa nəyə ehtiyaclıdır? ABŞ daha kimi təzyiqlərə məruz etməlidir ki, onu razı salmağa cəhd edənlər siradakı olduqlarının ehtimalını başa düşsünlər?
ABŞ Prezidenti Donald Trump, Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları təsdiq edən bir sərəncam imzaladı.
Bu barədə media məlumat yayaraq bildirib ki, Trump Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ-ın Əfqanıstandakı cinayətlərini araşdırması üçün ona qarşı sanksiyalar tıtbiq edilməsi barədə sərəncam imzalayıb.