İyun 15, 2020 07:25 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikasının prezidenti Həsən Ruhani İrana qarşı silah embarqosunun ləğv edilməsini Əhatəli Müştərək Təşəbbüs Proqramının (ƏMTP) nailiyyətlərindən adlandırıb və deyib: "ABŞ hökuməti MAQATE və BMT-nin Təhlükəsizlik şurasını hədələyir".

SaharAzeri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani iyunun 14-də Nazirlər Kabinetinin iclasında ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyi və Təhlükəsizlik Şurasına nüfuz etmək cəhdlərini təxribatçı hərəkət kimi dəyərləndirib və vurğulayıb: "ABŞ ƏMTP-nın nailiyyətlərinə har hansı bir xələl gətirərsə, İranın reaksiyasının nə olacağını başqa ölkələr yaxşı bilirlər".

Ruhani ümidvarlıq edib ki, BMT və MAQATE-nin bütün üzvləri  bütün üzvləri ABŞ-ın bu haqdakı fitnələrini tam başa düşəcəklər.

Sözlərinin davamında İran İslam Respublikası prezidenti İranın Beynəlxalq Valyuta Fondan Kredit istəməsinə toxunub və Beynəlxalq Valyuta Fondunun ABŞ təzyiqləri qarşısında dayanmalı və öz öhdəliklərinə əməl etməli olduğunu vurğulayıb.

TŞ-nin 2231 saylı qətnaməsinin tərkib hissəsi olan İrana qarşı silah embarqosunun cari ilin 18 oktyabr tarixində ləğv edilməsinə yaxınlaşdıqca, amerikalılar onun qarşısını almaq üçün səylərini ikiqat artırıb.

ABŞ-ın 2018-ci il mayın 8-də rəsmən və BMT-nin TŞ-nin 2231 saylı qətnaməsinə məhəl qoymadan İranla nüvə anlaşmasından çıxmasına baxmayaraq, bu ölkə yeni bir hüquqi təfsirə əsasən, sözü gedən qətnamənin müddəalarına görə, hələ də İranla nüvə anlaşmasının tərəflərindən olduğunu və bu anlaşmada nəzərdə tutulan mexanizmlər, o cümlədən Tətik mexanizmindən istifadə etmək hüququna malik olduğunu iddia edir.

Teqlər